AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) xarici ölkələrin kitabxanaları ilə beynəlxalq kitab mübadiləsini (BKM) davam etdirir. Bu barədə SİA-ya AMEA Mərkəzi Elmi Kitabxana İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.
Biıldirilib ki, 2016-cı ilin dekabr ayı ərzində Azərbaycan oxucularının sorğusuna əsasən ədəbiyyat siyahısı tərtib olunaraq xarici partnyorlara bu ədəbiyyatın əldə edilməsi məqsədilə müraciət edilib: "Nəticədə MEK-in fondlarına 1173 nüsxə (7 nüsxə kitab, 1165 nüsxə jurnal, 1 xəritə) ədəbiyyat daxil olub. Ədəbiyyatlar Rusiya Elmlər Akademiyası, Böyük Britaniyanın Coğrafiya Cəmiyyət Kitabxanası,Yaponiya Kimya Cəmiyyəti, Ukrayna Milli Kitabxanası, Polşa Elmlər Akademiyası, Fransa Milli Kitabxanası, Almaniyanın Bavariya Elmlər Akademiyası,Çin Milli Kitabxanası və digər ölkələrin elmi qrum və təşkilatlarından gətirilib".
"Xarici ölkələrdən müraciətlərə əsasən isə Mərkəzi Elmi Kitabxanın Fondların formalaşdırılması bölməsi tərəfindən müxtəlif kitabxana və təşkilatlara 61 nüsxə ədəbiyyat göndərilib"- deyə, məlumatda əlavə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB