Azərbaycan və İsrailin aviasiya hakimiyyətləri danışıqlar aparıb
İsrail tərəfinin təklifi ilə 2016-cı il dekabrın 26-27-də Tel-Əvivdə Azərbaycan Respublikasının və İsrail Dövlətinin aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib. SİA-nın Azərbaycan Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı tərəflər "Azərbaycan Respublikası Höküməti və İsrail Dövləti Höküməti arasında hava əlaqəsi haqqında Saziş" layihəsini razılaşdırıblar.
İki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmiş və hər iki ölkənin təyin olunmuş aviaşirkətləri tərəfindən müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.
Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB