Bakı bulvarı bayrama necə hazırlaşır?

Bakı bulvarı bayrama necə hazırlaşır?

"Bakı bulvarı hər il olduğu kimi bu ildə 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni ilə xüsusi hazırlaşır. Tədbirlər planı artıq təsdiq edilib". Bunu SİA-ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

O bildirib ki, Dənizkənarı Milli Parkın 2 yerində süni şam ağacı quraşdırılıb: "Kukla Teatrının arxasındakı meydançada süni şam ağacı quraşdırılıb ki, onun hündürlüyü 36 metrdən ibarətdir. Bu şam ağacının gecələr xüsusi işıqlanması var. Digər şam ağacı isə Ağ şəhər Bulvarında qurulub. Onun isə hündürlüyü 22 metrdən ibarətdir".

N. Məcidovun sözlərinə görə, bayram günlərində hər iki şam ağacının ətrafında şaxta baba və qar qız fəaliyyət göstərəcək: "Foto, video və ya çəkiliş üçün hər hansı cihazı olan Bakı sakinləri öz ailələri və övladları ilə həmin şaxta baba və qar qızlarla pulsuz çəkiliş edə, əylənə bilərlər".

"Bakı bulvarı hə zaman olduğu kimi, həm şəhər, həm region sakinlərinin, həm də xarici turislərin üzünə hər zaman açıqdır. Bayram günlərində Bulvar idarəsi insanların bayram günlərində rahat əylənib, dincəlməsi üçün gücləndirlmiş iş rejimində çalışacaq"- deyə, rəis müavini əlavə edib.

FOTO Aslan Vali

Bütün xəbərlər Facebook səhifəmizdə