Bu gün saat 10:00-dan 15:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Kürdmaşı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SOCAR-dan SİA-ya verilən xəbərə görə, təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacıtamlı, Hapıttı, Qarakolluq, Aşıq Bayram, Mollaisaxlı və Uştal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB