Cari ildə 101 İslam, 4 qeyri-müsəlman dini icması olmaqla, dövlət qeydiyyatına alınmış dini icmaların ümumi sayı 749-a çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, quruma nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio, həmçinin video materialların, mal və məmulatların, habelə dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsilə bağlı 33 müraciət daxil olub. Bunlardan 24 sənəd qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb. Ümumilikdə 2016-cı ildə 9 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB