Heydər Əliyev Fondunun prezidenti, millət vəkil Mehriban Əliyevanın təşəbbüsü ilə Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanması təşəbbüsü Göygöl rayonunda da mütəşəkkilliklə keçib. SİA-nın xəbərinə görə, rayondakı 1557 aztəminatlı ailəyə bayram sovqatı paylanıb. 2 gün davam edən tədbir zamanı dağlıq ərazidə yaşayan 500 ailəyə bayram sovqatı öz ünvanında təqdim olunub. Sakinlər Heydər Əliyev Fondunun prezidentinin bayram sovqatını onlara göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib, Fondun rayonda çoxsaylı layihələr reallaşdırdığını, xüsusilə kimsəsiz uşaqlara və qocalara hər zaman qayğı göstərdiyini vurğulayıblar. Aztəminatlı ailələr yeni il ərəfəsində onlara sevinc bəxş etdiyinə görə Fondun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB