Azərbaycan və İndoneziya multikulturalizm sahəsində əməkdaşlıq edəcək
Azərbaycanla İndoneziya multikulturalizm və pluralizm sahəsində strateji əməkdaşlığın qurulmasına dair razılaşma imzalayıb. SİA-ya İndoneziyanın Bakıdakı səfirliyindən verilən məlumata görə, imzalanma mərasimi iki ölkənin akademiklərinin iştirakı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilib. İndoneziyanın Bakıdakı səfiri Husnan Bəy Fənaninin sözlərinə görə, razılaşma iki ölkə arasında multikulturalizm və pluralizm sahəsində daha effektiv əməkdaşlığa yol açacaq. Həmçinin, tərəflərə bu sahədə təcrübələrini bölüşməyə geniş imkan verəcək. Razılaşmaya əsasən, qeyd edilən mövzuda bir sıra seminar və treninqlərin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB