“Şimal” ES və “Sumqayıt” ES-də istehsal prosesi dayandırılıb

“Şimal” ES və “Sumqayıt” ES-də istehsal prosesi dayandırılıb

"Səngəçal qəsəbəsində qaz xətlərində baş verən qəza ilə əlaqədar, "Azərenerji" ASC-nin qazla işləyən iki elektrik stansiyasında – 400 MVt gücündə "Şimal" ES və 525 MVt gücündə "Sumqayıt" ES-nın istehsal prosesi məcburi olaraq dayandırılıb. "Azərenerji" ASC-nin prezidentinin rəhbərliyilə həyata keçirilən operativ tədbirlər nəticəsində enerji sisteminin mövcud dayanıqlığı təmin edilib və qəzanın genişlənməsinin qarşısı alınıb".

"İstehlakçılara qısa müddətli məhdudiyyətin tətbiq edilməsinə baxmayaraq, bütün ehtiyat güclərin səfərbər edilməsi ilə tez bir zamanda yaranmış fasilə aradan qaldırılacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə