Dekabrın 27-də Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr edilmiş tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov Heydər Əliyev siyasətinin əhəmiyyətini vurğulayıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Rektor 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və xarici ölkələrdə geniş qeyd olunduğunu diqqətə çatdırıb, bayram münasibətilə müəllim və tələbələri təbrik edib, uğurlar arzulayıb.
Digər çıxış edənlər də əlamətdar gün münasibətilə xoş arzularını bildiriblər.
Sonda tələbələr maraqlı konsert proqramı ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB