Yanğının nəticələri aradan qaldırılır (YENİLƏNİR)

Yanğının nəticələri aradan qaldırılır (YENİLƏNİR)

Bu gün saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 millimetrlik magistral qaz kəmərində yanğın baş verib.

Yanğının söndürülməsi məqsədilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub. Baş verən yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə