Bir günə 84 cinayət faktı qeydə alınıb

Bir günə 84 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Qeyd edək ki, cinayət törətməkdə şübhəli bilinən 45 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə