Bakıda qaz kəmərində partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qaz xəttində baş verib. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB