Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. SİA-nın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbərinə görə, gömrük idarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı minik avtomobilinə stasionar qurğuda gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı minik maşınının yuxarı dam hissəsində gömrük nəzarətindən gizlədilmiş 115 200 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB