12 min 500 ədəd siqaret aşkar olunaraq götürülüb.

12 min 500 ədəd siqaret aşkar olunaraq götürülüb.

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, keçirilən gömrük baxışı zamanı avtomaşının cihazlar lövhəsinin altından gömrük nəzarətindən gizlədilmiş 12 min 500 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə