32 saylı orta məktəbin kollektivi uşaq evində olublar FOTOLAR

32 saylı orta məktəbin kollektivi uşaq evində olublar FOTOLAR

Gəncə şəhər 32 saylı orta məktəbin müəllimi Rəna Nağıyeva rəhbəri olduğu sinif şagirdləri ilə birgə uşaq evində valideyn himayəsindən məhrum uşaqlarla görüşə qatılıblar.

Yeni il öncəsi balacalarla görüşə Şaxta baba və qar qızla yanaşı, cizgi filmlərinin sevimli personajlarından Mikki və Maus, Maşa və Ayı da gəlib. Şaxta baba və Qar qız balacaları əyləndirib, onları hədiyyələrlə sevindiriblər.

Küknar ağacının ətrafına toplaşan 3-cü sinif şagirdləri balaca dostları üçün şeir söyləyib, rəqs edib və mahnı oxuyublar. Görüş çox şən əhval ruhiyyədə keçməklə balacaların yaddaşına xoş xatirələrlə həkk olunub. Valideyn himayəsindən məhrum olan uşaqları sevindirmək savab iş olmaqla, böyüməkdə olan məktəb şagirdləri üçün mərhəmət, səxavət və humanizm hisslərini aşılayır.

Bütün xəbərlər Facebook səhifəmizdə