Quyu təmirdən sonra istismara verilib

Quyu təmirdən sonra istismara verilib

Bu günlərdə "Neft Daşları" yatağındakı 1637A saylı meydançada 2646 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, quyu Qirməki Altı Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1010-1005 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə