Bulvardan yeni il hədiyyəsi attraksion və karusellər pulsuz olacaq

Bulvardan yeni il hədiyyəsi attraksion və karusellər pulsuz olacaq

"Dənizkənarı Milli parkda 30 dekabr tarixində uşaqlara bayram hədiyyəsi olaraq bir neçə saatlıq pulsuz aksiya təşkil olunacaq". Bu barədə SİA-ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

O bildirib ki, saat 10-00-da başlayacaq aksiyada 15 yaşına qədər uşaqlar iştirak edə biləcəklər.

N. Məcidovun sözlərinə görə, budəfəki aksiyada təkcə atraksion və karsullerlər deyil, gəzinti qatarları və gəmi gəzintisi də pulsuz olacaq: " Gəmi və qatar gəzintisinə azyaşlı uşaqların valideynləri də buraxılacaq. Lakin attraksion və karusellər yalnız uşaqlar üçün nəzərdə tutulub. Ola bilsin ki, həmin gün bəzi atraksionlar fəaliyyət göstərməsin. Lakin bu bizdən deyil, sahibkarın həmin aksiyaya qoşulmasından asılıdır. Aksiya Saat 14-00 dək davam edəcək".

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsi mütəmadi olaraq uşaqlar üçün pulsuz aksiyalar həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə