"Bayram günləri Azərbaycan Respublikası ərazisində elektrik enerjisi təchizatında heç bir problem olmayacaq". Bunu SİA-ya açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
O bildirib ki, "Azərişıq" Səhmdar Cəmiyyəti bayram günlərində 24 saat ərzində gücləndirlmiş iş rejimində çalışacaq: "Hazırda qurumun bayram günlərində gücləndirilmiş iş rejiminə hazırlıqla bağlı işlər yekunlaşmaq üzrədir. "Azərişıq" bayrama böyük-ruh yüksəkliyi ilə hazırdır. Bayram günlərində Azərbaycan əhalisi dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə tam təmin olunacaq".
T. Mustafayev əlavə edib ki, əgər bayram günlərində fərdi obonentlərin belə elektrik enerjisinin təchizatında hər hansı problemi yaranarsa, o zaman yeni yaradılan 199 Çağrı Mərkəzinə müraciət edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB