Avtonəqliyyat vasitələrinin keçidinə verilən icazələrin sayı artırılıb
Belarus 2017-ci ildə Azərbaycandan gələn avtonəqliyyat vasitələrinin keçidinə verilən icazələrin sayını artırıb. SİA-nın BELTA agentliyinə istinadən xəbərinə görə, Nəqliyyat və Kommunikasiya Nazirliyinin bu qərarı 2016-cı ilin dekabrın 14-dən rəsmi portalda dərc edilib. Sənədə əsasən, Belarus ərazisindən keçəcək Azərbaycan nəqliyyat vasitələri üçün kvotanın sayı 2016-ci ilə nisbətdə 800-dən 1200-ə qədər artırılıb. Qərar 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Məlumatda qeyd edilir ki, keçid icazəsi ümumilikdə 45 ölkənin daşıyıcılarına veriləcək. 2017-ci ildə Türkiyə daşıyıcılarına isə 3 min keçid icazəsi müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB