"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavid Qurbanovun tapşırığına əsasən müxtəlif sosial problemlərin həllinə köməklik göstərməsi ilə bağlı müraciətlər edən Kəlbəcər rayonunun bir qrup sakini ilə görüş keçirilib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən SİA-ya verilən məlumata görə, görüşü keçirən Millət vəkili Cavid Qurbanovun nümayəndəsi Həbib Misirov bildirib ki, bu günə qədər dövlətimizin Dağlıq Qarabağ və ətraf rayonlardan məcburi köçkün düşən şəxslərin sosial problemlərinin həlli ilə bağlı gördüyü işlərin nəticəsidir ki, bu gün məcburi köçkün həyatı yaşayan insanların sosial problemlərinin əksəriyyəti yerindəcə həll olunur, yaxud əlaqədar qurumlar vasitəsilə onlara zamanında dəstək göstərilir. Zamanında xalqımızın xilaskarı, Ümummilli liderimiz Heydər Əliyevin və indi isə Prezidentimiz cənab İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin həyat şəraitini və sosial problemlərini yaxşılaşdırması ilə bağlı verdiyi qərarlar və gördüyü işlər bu həssas qrupla işləyən hər bir şəxsin məsuliyyətini daha da artırır.
Görüşdə iştirak edən Kəlbəcər rayon sakinləri onları narahat edən xüsusən bəzi sosial problemlərini dilə gətirmiş və onların həlli ilə bağlı müvafiq yazılı və şifahi müraciətlərini təqdim ediblər. Onların hər birinin müraciətləri qeydə alınan, bəziləri yerindəcə həll olunan, digərləri isə əlaqədar qurumlara ünvanlanıb.
Görüşdə iştirak edən və bu günə qədər mənzil problemləri həll olunmuş məcburi köçkünlər dövlətin onlara göstərdiyi qayğı və diqqətdən razılıq etmiş və minnətdarlıqlarını bildiriblər. Onlar qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müavinətlərinin artırılması, paralel olaraq onların məşğulluq məsələləri istiqamətində də kompleks addımlar atıldığının şahidi olduqlarına və bu işlərin müsbət nəticələrini öz gündəlik həyatlarında hiss etdiklərini dilə gətiriblər.
Kəlbəcər rayon sakinləri hər dəfə öz doğum gününü məcburi köçkün ailələri ilə birgə keçirən və yaxın günlərdə 55 illik yubileyi olacaq ölkə Prezidenti cənab İlham Əliyevə də minnətdarlıq dolu arzu və diləklərini ifadə etmişlər. Məcburi köçkünlər vurğulayıblar ki, Alı Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olacaq və biz öz dədə-baba yurdlarımıza qayıdacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB