Fərdi jurnalist yazısı müsabiqəsinin qalibləri mükafatlandırılıb Fotolar
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) elan etdiyi fərdi jurnalist yazısı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, KİV rəhbərləri, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini salamlayaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Vüqar Səfərli Fond tərəfindən 2016-cı il ərzində Novruz bayramı, Azərbaycan Milli Mətbuatının yaranmasının 141-ci ildönümü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 3 dəfə, habelə Nizami və Suraxanı rayon icra hakimiyyətləri, Gəncə Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, "Azərsu" və "Azərişıq" açıq səhmdar cəmiyyətləri ilə birgə əlavə 7 fərdi jurnalist yazıları müsabiqəsinin keçirildiyini diqqətə çatdırıb. İcraçı direktor, ümumilikdə, keçirilmiş 10 müsabiqədə 806 nəfər jurnalistin iştirak etdiyini, onlardan 445 nəfərinin qalib olaraq mükafatlandırıldığını bildirib.
İcraçı direktor Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə noyabrın 8-dən dekabrın 15-dək KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 69 kütləvi informasiya vasitəsindən 160 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirib. V.Səfərli Fondun Müşahidə Şurasının 22 dekabr 2016-cı il tarixli iclasında ekspertlərin yekun balları əsasında 114 nəfər jurnalistin qalib elan edildiyini vurğulayıb. Müsabiqənin şərtlərinə əsasən, I yerin qaliblərinə 500, II yerin qaliblərinə 400, III yerin qaliblərinə 300 manat mükafat veriləcək.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, Azərbaycan mediası bugünkü qədər heç vaxt güclü olmayıb. O bildirib ki, qlobal dünyada baş verən hadisələr, böyük dövlətlərin kiçik dövlətlərə münasibətləri aydın görünür. Bu gün Azərnbaycan jurnalistlikası güclü bir institutdur deyən Şura sədri vurğulayıb ki, Azərbaycan mediası istər daxili, istərsə də xarici imicinin formalaşdırılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm töhfə verib.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, medianın cəmiyyətdə rolu böyükdür. O, Azərbaycan dövlətinin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsində medianın roluna ehtiyac olduğunu qeyd edib.
Ə.Həsənov söyləyib ki, Azərbaycanda ümummilli lider hakimiyyətə qayıdandan sonra media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsinə qaldırıldı.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan dövləti medianın rolunu və yerini cəmiyyətin nüfuzlu institutu kimi görür. Cənab Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib.
Ə.Həsənov qeyd edib ki, KİVDF vasitəsilə medianın inkişafına 28 milyon manata yaxın vəsait ayrılıb. Təxminən bir o qədər də vəsait medianin problemlərinin həllinə yönəlib, media qurumlarının borcları silinib və media dövlətin bütün qayğı mexanizmlərindən istifadə edir. Dövlət tərəfindən jurnalistlər üçün evlər tikilib və tikilməkdə davam edir. Dövlət bütün bunları ona görə edir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai rolunuzu bundan sonra bacarıqla həyata keçirə biləsiniz. Azad mediasız, intellektli jurnalistlərsiz biz heç nə edə bilmərik. Ona görə də dövlət jurnalistlərin qayğısına qalır.
PA rəsmisi deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın mühüm rolu var. Bu gün biz böyük erməni lobbisi, islamofob dairələrlə üz-üzəyik. Elə missioner təşkilatları var ki, Azərbaycanın inkişafını gözləri götürmür, ölkəmiz inkişaf etdikcə əleyhdarlarımızın sayı artıb. Bütün bunlarla mübarizə aparmaq üçün biz mediadan dəstək gözləyirik.
Tədbirin rəsmi hissəsinə yekun vuran Vüqar Səfərli media nümayəndələrini bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Tədbir bədii hissə ilə davam etdirilib.
.jpg)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB