Prezidentlər Suriyanı və səfirin qətlini müzakirə ediblər

Prezidentlər Suriyanı və səfirin qətlini müzakirə ediblər

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında telefon danışığı olub. Anadolu agentliyi xəbər verir ki, prezidentlər Suriya problemi və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada sui-qəsd nəticəsində dünyasını dəyişməsini müzakirə ediblər.

Hələbdəki təxliyə əməliyyatlarının birgə səylər nəticəsində həyata keçirilməsindən məmnunluq duyduqlarını dilə gətirən Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin atəşkəsin bütün Suriya ərazisini əhatə etməsi məsələsində birlikdə çalışmağın vacibliyini vurğulayıblar.

Prezidentlər A.Karlovun sui-qəsdinin işıqlandırılması üzrə istintaqda birgə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə