Ermənistan ordusunda hökm sürən fərarilik, qətllər, zabit zabiti, əsgər əsgəri zorlaması halları kütləvi xarakter daşıyır. Bu da orduda əsgər çatışmazlığına gətirib çıxarır. Vəziyyətdən çıxmaq və bununlada ordudakı biabırçılığı aradan qaldırmaq üçün Ermənistan müdafiə naziri T. Sarkisyan bəyan edib ki, orduya qadınların cəlb edilməsi prosesinə start veriləcək. Politoloq Cümşüd Nuriyev "Səs" qəzetinə açıqlamasında faktlara istinadən bildirdi ki, işğalçı ölkə olan Ermənistan ordusunda oğlanlar yoxdur: "Yəni, ordundan yayınma, qətllər baş verir ki, bu da orduda vəziyyəti kifayət qədər qeyri müəyyən edib. Hansıki Ermənistan ordusu işğalçı ordu adını daşıyır, indiki müasir Ermənistan gəncləri isə bunu istəmirlər. Yəni erməni gəncləri bu adı daşımaq istəmirlər. Eyni zamanda, bu torpaq bunların olmadıqlarına görə, çalışırlar ki, o ərazidə xidmət keçməsinlər".
Ç.Nuriyevin sözlərinə görə, Ermənistan tərəfi bu cür məsələni ortaya atmaqla orduya çağırış problemini bir növ diqqətdən yayındırmaq istəyir: "Ermənistan gəncləri Dağlıq Qarabağa gəlib, vuruşmaq istəmirlər. Amma işğalçı ölkə olan Ermənistanda qadınların orduya cəlb edilməsi alınmayacaq. Ümumiyyətlə, Ermənistan qadınları həddən çox kişipərəstdirlər və onlar ordunu yaman günə qoyacaqlar. Birinci ildən sonra Ermənistan ordusunda olan qadınların 80 faizi hamilə olacaq. İşğalçı ölkə olan Ermənistan ordusunda qadınların orduda xidmət etməsi Ermənistana heç bir xeyir gətirməyəcəkdir. Deyəsən, işğalçı ölkə bu məsələ ilə gündəmdə qalmaq istəyir. Bu da onlara heç də uğur gətirməyəcək".
"Ermənistan "İsgəndər" raketlərinə güvənirdisə, bu gün artıq Azərbaycan ona qarşı ciddi tədbirlər görə biləcək raketlərə sahibdir. Bu baxlımdan, demək olarmı, Sarkisyan rejiminin yartdığı mif darmadağın edildi" sualına cavab olaraq politoloq bildirdi ki, Rusiya tərəfi heç vaxt Ermənistana icazə verməyəcək ki, bu raketlərdən istifadə etsin: "Çünki bu Rusiya üçün həddən artıq baha başa gələn bir silahdır. Ümumiyyətlə, Azərbaycan dövləti Azərbaycanın təhlükəsizliyini ordu səviyyəsində təmin etmək bacarığı və imkanları da var. Bir sözlə, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə güclü nizami ordu qurulub, Silahlı Qüvvələr müasir texnika və silahlarla təchiz olunub və bölgənin ən güclü ordusuna çevrilib. Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti gündən-günə artır. Bu baxımdan birmənalı fakt ondan ibarətdir ki, işğalçı ölkə olan Ermənistan Azərbaycanın güclü ordusunun olmasından qorxu hissi keçirir. Çünki Ermənistan yaxşı bilir ki, qısa vaxt lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərini azad etsin. Artıq erməni tərəfi bunun acı nəticəsini aprel döyüşləri zamanı aldığı sarsıdıcı zərbə ilə görüb".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB