Dövlət Sərhəd Xidməti hesabat verdi FOTOLAR

Dövlət Sərhəd Xidməti hesabat verdi FOTOLAR

Bu gün Dövlət Sərhəd Xidmətinin 2016-cı ildə xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi ke­çiril­ib.

DSX-dan SİA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşun­larının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış etmiş, hərbi hissə və struk­tur qurumların xidməti fəaliyyətini qiymətləndirmiş, 2017-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

Qeyd olunmuşdur ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2016-cı il döyüş hazırlığının da­ha yük­sək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının tə­minatı təd­bir­lərinin ardıcıl davamı, dövlət sərhədinin əmə­­liy­yat və texniki yolla mühafizəsinin gücləndi­ril­məsi, bey­nəl­xalq sərhəd əməkdaşlı­ğının genişlən­dirilməsi ilə əla­mət­­dar olub.

Dövlət sərhədlərinin mühafizəsinin təşkilində uğurların əldə olunması Da­hi Ön­­­dər Heydər Əliyevin sərhəd mü­hafi­zə­si sahəsindəki ideya və dü­şün­cələrinin əzm­­lə gerçəkləş­dirilməsi, döv­lət sərhəd­ləri­nin toxunulmazlı­ğı­nın təmi­natı məsələ­lə­rinə Azərbaycan Res­publi­ka­sının Prezi­denti Silahlı Qüv­və­lərin Ali Baş Ko­man­­­danı cənab İlham Əliyevin ali diqqəti nəticə­sində mümkün olub.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin iyun ayının 13-də DSX Sahil Mühafizə­si­nin "Gəmi inşası zavodu"nda inşası yekunlaşan "Tufan" tipli sərhəd gözətçi gə­misi və yeni istifadəyə verilən itisürətli qayıqlarla tanış olması, dəniz sərhədlə­ri­nin və neft-qaz in­frastrukturunun mühafizəsi üz­rə mühüm tap­şırıqlar verməsi, avqust ayının 10-da Şəki sərhəd dəstəsinin "Laza" sərhəd zastavasına baxış keçirməsi, DSX-nin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların təkmilləşdiril­məsi üzrə qərarlar verməsi, DSX Akademiyasının Nizamna­mə­­­sini təsdiq etməsi, DSX-nin koman­dan­lığını növbəti ali hərbi rütbə­lə­rə layiq bilməsi, DSX əməkdaşlarını 5 orden, 50 me­dalla, 2 fəxri adla təl­tif etməsi bütün şəxsi heyət tərəfindən bö­yük ruh yüksəkliyi ilə qarşılan­ıb.

2016-cı ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

– Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqan­ları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, məx­fi əmək­daşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib;

– xaricdə münaqişə zonalarında dö­yüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılmış, qanun­suz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik mad­dələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəs­tə zərərsizləşdirilib;

– Sərhəd reji­mini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4590 nəfər, dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb;

– 49 milyon 319 min manat dəyərində qa­çaq­malın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmış, 2015-ci il ilə müqayisədə bu göstərici 8,3 dəfə çox olub;

– 2015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasi­tənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb (2015-ci ildə 165 kq 185 qram narkotik vasitə tutulduğu halda, 2016-cı ildə bu göstərici 1 ton 189 kq 997,7 qram olmuşdur);

– DSX Sahil Mühafi­zə­sinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları güclən­diril­miş, 3 ədəd yeni gəmi dəniz kam­paniyasına qəbul olunub;

– Oktyabr ayında genişmiqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, Azərbaycanın dəniz təlim­ləri tarixində ilk dəfə olaraq gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunmuş, şəxsi heyət tərəfindən böyük döyüş məharəti nümayiş etdirilib;

– May ayında "Ağgöl" səhra təlim mərkəzində 150-dək zirehli texnikanın, 8 ədəd helikopter və 1100 nəfərdən çox şəxsi heyətin cəlb olunduğu geniş miqyaslı taktiki səhra təlimi uğurla keçirilib;

– Dövlət sərhədin­dən buraxılış məntəqələrində xidməti fəaliyyət ən yüksək tələblər səviy­yəsində təşkil olunmuş, xüsusən də yay aylarında ölkəmizə böyük turist axını zamanı əcnəbilərin ölkəyə gəlmə və ölkədən getmə prosesləri daha təkmil səviy­yə­də tənzimlənmiş, Azərbaycan Respublikası­nın Prezidenti yanında Vətəndaşlara Xid­mət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq təşkil olunub;

– Müqabil ölkələrin sərhəd mühafizə qurumları ilə qarşılıqlı əməkdaşlıq for­matları geniş­lən­dirilmiş, o cümlədən Dövlət Sərhəd Xidmətinin təşəbbüsü ilə 2016-cı ilin mart ayında Bakı şəhərində Azərbaycan-Rusiya-İran sərhəd qurumları rəhbərlərinin üçtərəfli görüşü keçirilib;

– Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi təd­bir­ləri uğurla davam etdirilmiş, 134 binadan ibarət tikinti komplekslərinin əsas­lı təmir-tikintisi, 424 xidməti mənzilin inşası həyata keçirilib;

– DSX-nin hərbi qulluqçuları üçün Bakı şə­hə­rində inşa olunmuş 624 mənzil­dən ibarət yaşayış şə­hər­ciyinin güzəştli ipoteka şərtləri əsasında şəxsi heyətin xüsusi mülkiyyətinə veril­məsi təmin olunub;

– Dövlət Sər­­­həd Xidmətinin hərbi hissə­lərində, sərhəd bölmələrində "Vali­deyn gün­­­lə­­ri"nin keçirilməsi təcrubəsi uğurla davam etdirilən, hesabat döv­ründə bu cür 86 görüş keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə