Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək
Dekabrın 26-da Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.
SİA-nın Mərkəzi Banka istinadən xəbərinə görə, dolayı hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB