Sabah havanın temperaturu qalxacaq

Sabah havanın temperaturu qalxacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə