"Silahlı Qüvvələrdə maaş problemi yoxdur" AÇIQLAMA

"Silahlı Qüvvələrdə maaş problemi yoxdur" AÇIQLAMA

"Dekabr ayı üçün Silahlı Qüvvələrin şəxsi heyətinə ödənilməsi nəzərdə tutulmuş pul təminatı tam həcmdə çatdırılıb. Hazırda bu sahədə heç bir problem mövcud deyil". Bunu SİA-ya hərbçilərin maaşlarının gecikdirilməsi barədə koordinat.az saytında dərc olunan yazı ilə bağlı Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd edək ki, son günlər bəzi internet resurslarında, həmçinin yuxarıda adı çəkilən saytda Azərbaycanda hərbçilərin əməhaqqı ödənişlərinin yubanması barədə narahatlıq dolu məlumatlar yayılmaqda idi. Müdafiə Nazirliyi məsələyə anında münasibət bildirərək sosial şəbəkələrdə yazılanların yaratdığı narahatlığa son qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə