"Azərbaycanda QHT-lər daha çox siyasi sahəyə maraq göstərir"

"Azərbaycanda QHT-lər daha çox siyasi sahəyə maraq göstərir"

"Azərbaycanda QHT-lər siyasi sahəyə daha çox meyl göstərirlər. Amma Avropa ölkələrində isə sosial sahə daha çox QHT-lərin diqqətini çəkir". SİA-nın məlumatına görə, bunu Prezident Adminstrasiyasının əməkdaşı Elman Paşayev Milli QHT Forumunun qurultayında çıxışı zamanı deyib. O bildirib ki , bunun bir sıra səbəbləri var: "Mən də istərdim ki, Azərbaycanda QHT- lər sosial, mənəvi sferaya daha çix diqqət versinlər. Eyni zamanda Avropa ölkələrində QHT-lər siyasi partiyaları üstələməyə başlayıblar. Gənclər siyasi partiyalara deyil, QHT-lərə daha çox üz tuturlar, hətta siyasi ambisiyalarını QHT-lər vasitəsilə həyata keçirməyə çalışırlar. Çünki QHT-lər vətəndaşlarla təmənnasız olaraq işləyirlər, siyasi partiyalar isə əksinə, vətəndaşdan dəstək istəyir, onun səsini istəyir. Buna görə də dünyada belə tendensiya gedir ki, vətəndaşlar daha çox QHT-lərı etibar edirlər. Demokratik dünyanın tərkib hissəsi kimu gələcəkdə bizdə də bu proseslər gedəcək". E.Paşayev əlavə edib ki, dünyada və regionda baş verən bəzi hadisələr QHT sektorunun tənzinlənməsi məcburiyyətini yaradır: " Siyasi, strateji və s. səbəblərdən müəyyən dövrdə müəyyən məhdudlaşdırmalar ola bilər. Ümumiyyətlə, dünyada, Avropa ölkələrində terrorizm, digər səbəblərdən demokratik azadlıqların müəyyən qədər məhdudlaşdırması tendensiyasl gedir. Bu, məcburiyyətdən irəli gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə