"Uşaq hüquqları: inkişaf və perspektivlər" mövzusunda tədbir keçirilib SƏS TV
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə Dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr edilən "Uşaq hüquqları: inkişaf və perspektivlər"adlı tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, icra başçısı Asif Əsgərov məktbəlilər və digərləri iştirak ediblər. İlk çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, ölkədə vahid dövlət və uşaq siyasətini həyata keçirən qurum kimi Komitə mütəmadi olaraq müxtəlifnfromada maarifləndirici tədbirlər həyata keçirir. Onun sözlərinə görə , bu təlimlər qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilin inkişafına, hüquqlarının müdafiəsinə yönəlib: cBu gün burada uşaq iştirakçılığına dair il ərzində görülən işlər barəsində məlumat veriləcək, əldə olunan müsbət nəticələrlə yanaşı, problemlərlə bağlı müzakirələr aparılacaq. Uşaqların cəmiyyətə inteqrasiyasında, düzgün həyat tərzinin formalaşmasında belə tədbirlərin əhəmiyyəti var". Ölkə başçısının uşaqlarla bağlı məsələlərə hər zaman diqqət və qayğı ilə yanaşdığını deyən komitə sədri qeyd edib ki, Azərbaycan hökuməti daim uşaqlara yaradılan imkanları genişləndirir: "Bu baxımdan biz istərdik ki siz uşaqlar sosial həyatda daha fəal iştirak edə, həmyaşıdlarınızın problemlərini ictimailəşdirə, ehtoyacınolan yoldaşlarınıza kömək edə, ölkəmizin inkişafına, gələcəyinə öz töhfələrinizi verəsiniz. Ona görə ki siz bu ölkənin gələcəyisizin və onu idarə edəcəksiniz". Daha sonra çıxış edən icra başçısı Asif Əsgərov qeyd edib ki, Komitə tərəfindən uşaqlarla bağlı mühüm proqramlar həyata keçirilir: "Uşaqlar bizim gələcəyimizdi. Bu baxından biz çalışırıq ki, uşaqların rifah halının yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirək. Nəsimi rayon İcra hakimiyyəti yay məktəbinin təşkili və digər layihələr həyata keçirməklə uşaqların rifah halını yaxşılaşdırmağa çalışır. Bugünkü tədbirdə ilin yekunu olaraq əldə olunan nailiyyətlərə görə 55 uşağın mükafatlandırılması nəzərdə tutulub. Bu yeniyetmələr ağlına, istedadına görə seçilib. Sizi təbrik edir. Uğurlar arzu edirəm. Bu tədbirin Prezident İlham Əliyevin doğum gününə təsadüf etməsi sevindiricidir. Biz hər zaman prezidentmizin yanındayıq". Tədbirin davamında məktəblilər uşaq iştirakçılığına dair il ərzində təşkil edilən tədbirlərə dair təqdimat nümayiş etdiriblər. Sonda il ərzində uğurlu fəaliyyətinə görə seçilən uşaqlar mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB