Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olub və hazırda günü gündən artmaqdadır. SİA-ya verilən məlumata görə, Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür.Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu gün Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının gənclər arasında birgə keçirdiyi Unudulmaz Lider və Mənim Prezidentim layihələrinin yekununa həsr edilmiş 55 Adda - 55 Qalib tədbiri keçirilmişdir.Tədbirə ali təhsil müəssisələrində təhsil alan fəal tələbələr, rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunub.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülüb.
Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyasının Sədri, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılmış əmin-amanlıq şəraitində Azərbaycan gəncləri çox saylı uğurlarla yeni ilə və yeni hədəflərə doğru addımlayır. Gənclər dövlətimizin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirməklə çalışırlar ki. həyata keçirilən bu əzəmətli işlərdə yaxından iştirak etsinlər. Həqiqətən də ölkəmizdə qazanılıb uğurlarla Azərbaycan gəncləri fəxr edirlər. Azərbaycan gəncləri başa düşürlər ki, ölkəmizdə əldə olunan hər bir uğur gənclərin gələcəyi naminədir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı da tədbirdə çıxış edərək ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışıb, gənclərimizi qazandıqları uğurlar münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzulanıb.
Həmçinin tədbirdə ilin yekunlarına və layihələrdə fəal iştirakına gorə gənclər arasında 55 nominasiya üzrə keçirilən müsabiqələrdə iştirak edən gənclərdən 55 qalibə mükafat təqdim edilib. Tədbirdə YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi tərəfindən hazırlanmış "Gənclər öz Liderini təbrik edir" video filminin və "Ulu Öndər Nişanəsi" mahnısının təqdimatı da keçirilib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ən fəal gəncləri xüsusi hazırlanmış lövhədə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə öz səmimi təbriklərini də yazıblar.
Azərbaycan Velosiped Federasiyası tərəfindən velosipedçilərin yürüşü təşkil edilmişdir. Veloyürüşə Nəsimi rayon İcra Hakimiyyətinin qarşısından start verilmiş və qızlardan ibarət komandanın yarışı keçirilmişdir.Yarışda qalib gələn velosipedçi qızlar tədbirdə mükafatlandırılıblar.
Tədbirdə iştirak edən gənclər gənclərə olan etimada, qayğıya və verilən dəyərə görə cənab Prezidentə təşəkkürlərini bildiriblər. Göstərilən diqqətin onları daha çox məsuliyyətli etməyə sövq etdiyini və gənclərin bu etimadı fəaliyyətləri ilə hər zaman doğruldacaqlarını bildiriblər.
Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin üzvləri - Ziyad Səmədzadə, Sahibə Qafarova, Şahin İsmayılov və digər rəsmilər iştirak edirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB