Sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq

Yeni təqvim ili ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2017-ci il ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq.

"Azərbaycan Dəmir Yolları"ASC-dən SİA-ya verilən məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə