“Şollar-Bakı su kəmərinin tarixindən” kitabı çapdan çıxıb

“Şollar-Bakı su kəmərinin tarixindən” kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) materiallarına həsr edilmiş daha bir kitab "Şollar-Bakı su kəmərinin tarixindən" kitabı nəşr olunub. Bu müəssisənin elmi şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru MATM-ın direktoru, akademik Nailə Vəlixanlı, müəllifləri muzeyin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Fərhad Cabbarov və Məmməd Məmmədovdur.

Qeyd edək ki, 2017-ci ilin yanvarında Bakı şəhərini təmiz, yüksək keyfiyyətli bulaq suyu ilə təchiz etmiş Şollar kəmərinin istifadəyə verilməsinin 100 ili tamam olur. Muzeyin fondlarında Şollar suyunun tarixinə dair xeyli sayda materiallar qorunub saxlanılır. Burada bilavasitə Şollar-Bakı su kəmərinin tarixi ilə əlaqədar kitablar, eskizlər, arayışlar, vəsiqələr, fotoşəkillər, fotoalbomlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə