Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 68 yaşı tamam olur. 1948-ci il dekabrın 22-də Xocalıda İdris kişinin və Rəna xanımın ailəsində dünyaya gəlib. 1973-cü ildə N.Rzayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə SSRİ DİN-in Akademiyasını bitirib.
1970-ci ildə daxili işlər orqanlarında fəaliyyətə başlayan R.Usubov 1975-ci ildə Şuşa RPŞ-nin Cinayət axtarışı bölməsinin rəisi, 1980-84-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər idarəsinin rəis müavini, 1984-87-ci illərdə Əlı Bayramlı ŞPŞ-nin rəisi vəzifəsində çalışıb.
1987-89-cu və 1993-94-cü illərdə Naxçıvan MR Daxili İşlər naziri işləyib, 1989-93-cü illərdə AR DİN Cinayət axtarışı idarəsinin rəisi və s. vəzifələrdə çalışıb.
1994-cü il aprelin 29-dan Azərbaycanın daxili işlər naziridir. 1994-cü ildən general-mayor, 2002-ci ildən general-polkovnik ali rütbəsini daşıyır. Çoxsaylı orden və medallarla təltif olunub.
Ramil Usubov daxili işlər naziri təyin olunduğu 1995-ci ildə gənc Azərbaycan dövləti çox çətin xarici və daxili problemlərlə üz-üzə qalmışdı. Təcavüzkar Ermənistanla atəşkəs imzalansa da, atəşkəs rejimi olduqca həssas idi. Rusiyanın Azərbaycana qarşı açıq təzyiqləri ölkəni faktiki iqtisadi blokada vəziyyətinə qoymuşdu. Şimali Qafqazda vəziyyət çox gərgin idi və bu Azərbaycanın şimal rayonlarının kriminogen durumuna çox ciddi təsir edirdi. Gürcüstanda xaos hökm sürürdü və bu şərait də Azərbaycanın Qərb rayonlarındakı kriminogen vəziyyətə öz təsirini göstərirdi.
İranla sərhədin demək olar ki, açıq olması qaçaqmalçıların, narkotik ticarətçilərinin meydan sulamasına imkan verirdi.
Sərhəd qoşunlarının formal mövcud olduğu, təhlükəsizlik orqanlarının öz vəzifəsinin öhdəsindən gəlməyə çətinliklə qadir olduğu həmin 90-cı illərin ortalarında bütün bu vəzifələrin öhdəsindən gəlmək qeyri-rəsmi şəkildə polisin üzərinə qoyulmuşdu.
Ramil Usubov daxili işlər naziri təyin olunanda Daxili İşlər Nazirliyi sərhəd pozucuları ilə mübarizədən tutmuş Azərbaycanda təxribat yaratmaq istəyən qüvvələrə qarşı mübarizənin bütün ağırlığını öz peşə -vəzifə öhdəlikləri ilə bərabər, bunları da prioritet kimi öz üzərlərinə götürmək məcburiyyətində qalmışdı.
Onu yaxından tanıyanlar bu polis zabitinin peşəkar əməliyyatçı olmağı ilə yanaşı, istedadlı təşkilatçı və öz qərarlarının icrasını təmin etmək üçün dəmir iradəyə malik olduğunu bildiklərindən Heydər Əliyevin bu seçiminin uğurlu olacağına inanırdılar.
Zaman bu cür fikirləşənlərin haqlı olduğunu, Heydər Əliyevin Daxili İşlər Nazirliyinin rəhbərliyinə Ramil Usubovu gətirməklə nə qədər doğru qərar verdiyini təsdiqlədi. Daxli işlər naziri Ramil Usubov haqqında danışarkən hətta onun əleyhdarları belə nazirin peşəkar əməliyyatçılığını inkar edə bilmirlər. Mübaliğəsiz Ramil Usubov Azərbaycan polisinin təxminən yüz illik tarixinin üç ən yaxşı əməliyyatçılarından biridir.
Ramil Usubov Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə çox sayda müxtəlif yüksək mükafatlara layiq görülüb.
Ramil Usubovun zəhmətinə, əməyinə və Vətənə, dövlətə, millətə sədaqətli olmasına Ulu Öndər Heydər Əliyev qiymət verib: "Mən nə qədər varam, Ramil Usubovda var". Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyev ölkəmizi daha da irəli apararaq insanların xoşbəxt, firavan yaşamasını təmin edib. Əlbəttə əldə olunan uğurlar sabitliyin nəticəsində qazanılıb. Ona görə də bu gün yaşadığımız regionda, dünyada baş verən hadisələr Azərbaycanda yaşanmır. Bu onu göstəriri ki, ölkəmizin təhlükəsizliyi etibarlı, güvənli əllərdədir. Ramil Usubovun müstəsna xidmətlərini danmaq olmaz. Hörmətli nazirimizə üzümü tutub demək istəyirik ki, siz dünyanın ən xoşbəxt insanısınız ki, Ulu öndərlə çiyin-çiyinə çalışmısınız, bu gün də hörmətli Prezidentimizin rəhbərliyi altında ölkəmizdə sabitliyin təmin olunmasında var qüvvənizlə çalışırsınız. Rəhbərlik etdiyiniz güc sturukturuna bacarıqlı, savadlı kadrları qəbul etməklə onların ana-atalarının dualarını qazanmısınız. 4 il yaşadığımız şəhərin -Əli Bayramlının (indiki Şirvan) polis şöbəsinin rəisi işlədiyiniz dövrdə hansı izi qoymusunuzsa iziniz itməyib. Bizim zəhmətkeş camaatımız sizin fəaliyyətinizi yaxşı xatırlayır və sevirlər. İnsana üçün bundan böyük qiymət, dəyər ola bilərmi? Mənalı və dəyərli həyat yaşamağa davam etməkdə, dövlətimizin, xalqımızın sabitliyinin qoprunmasında, Heydər Əliyev ideyalarının həyata keçirilməsində, cənab prezidentimiz İlham Əliyevlə çiyin-çiyinə fəaliyyətinizdə uğurlar arzulayırıq. Ulu Tanrı sizə yar olsun, 68 yaşınız mübarək, cənab general!
İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB