Jurnalistin üçəmi dünyaya gəlib FOTOLAR - SƏS TV

Jurnalistin üçəmi dünyaya gəlib FOTOLAR - SƏS TV

Azərbaycanda jurnalistin üçəmi dünyaya gəlib. SİA-nın xəbərinə görə, Gülnarə Həsənova "Leyla Şıxlinskaya" Xəstəxanasında 1 oğlan 2 qız övladı dünyaya gətirib.

Uşaqların sağlamlığı haqqında bizə məlumat verən xəstəxananın əməkdaşı Bilqeys Mayılova bildirib ki, 37 həftəsində doğulan üçəmlərin vəziyyəti kafi olduğu üçün bu gün evə buraxılırlar: "Oğlanın çəkisi 2.5, qızların isə çəkisi 2.3 kq-dır. 3 gün ərzində klinikada olan üçəmlər bütün mayinələrdən keçiblər. Ananın və uçəmlərin vəziyyəti stabildir. Onların sağlamlığında heç bir problem yoxdur".

Klinika əməkdaşı qeyd edib ki, üçəmləri son 1 ildə kilinikada dünyaya gələn ilk üçəm hesab etmək olar.

Qeyd edək ki, G. Həsənova "Səs" qəzetində də fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə