Dövlət Sərhəd Xidmətində gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi, sərhədçi peşəsinə rəğbətin artırılması məqsədilə müxtəlif tədbirlər keçirilir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Təhsil Nazirliyi ilə birgə tədbirlər planına uyğun olaraq növbəti belə tədbir Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilib. Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon orta məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri Dövlət Sərhəd Xidmətinin Akademiyasında ekskursiyada olublar.
Ulu Öndər Heydər Əliyevin əsasını qоyduğu milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi sayəsində əldə edilən yüksək nailiyyətlər, Vətən sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısı, Akademiyanın yaranma tariхi və inkişafı, yüksək iхtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması istqamətində qazanılmış müsbət nəticələr barədə məktəblilərə ətraflı məlumat verilib.
Şagirdlər Akademiyada yaradılan şəraitlə və təlim-tədris prоsesi ilə yaхından tanış оlub, kursantlarla söhbət ediblər.
Tədbirin sonunda Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB