Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Xaçmaz şəhərində reyd keçirilib, nəticədə gömrük qaydaları pozulmaqla gətirilən pirotexniki vasitələrin satışı ilə məşğul olan dörd nəfər Azərbaycan Respublikası vətəndaşından 3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunaraq götürülüb. SİA-nın məlumatına görə bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti xəbər verib.
Faktla bağlı araşdırma aparılır.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB