Yevlaxın Aşağı Bucaq kənd sakini Telman Rəsulovun yaşadığı fərdi evin həyətindən istifadəyə yararsız iribuynuzlu heyvan əti tapılıb. Həmin kəndin digər sakini Nizami Kərimovun həyətindən isə 351 kiloqram at əti aşkarlanıb. Həm mal, həm də at ətindən götürülən nümunələr respublika baytarlıq laboratoriyasına göndərilib. Müayinənin nəticələrindən məlum olub ki, ət istifadəyə yararsızdır. Aşkarlanan yararsız ət elə Yevlax rayonu ərazisində Dövlət Baytarlıq Nəzarəti Xidməti nümayəndələrinin iştirakı ilə torpağa basdırılıb.
Bərdə rayon sakini Əli Məmmədovun həyətindən isə 6 baş atın dərisi, ayaqları, skeleti və dölü aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB