Son bir ildə Azərbaycandan Suriyaya döyüşmək üçün gedən olmayıb

Son bir ildə Azərbaycandan Suriyaya döyüşmək üçün gedən olmayıb

"Son bir il ərzində Suriyaya Azərbaycandan bir nəfər olsun belə getməyib". SİA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Fitnə" sənədli filminin təqdimat mərasimində çıxışı zamanı deyib. M.Qurbanlının sözlərinə görə, ümumiyyətlə, Suriyaya gedənlər olsa da, onların sayı çox az olub: "Müsəlman ölkələrindən İŞİD terror qruplaşmasına qoşulanlar arasında ən az azərbaycanlılardır. Bizim xüsusi xiqmət orqanları onları həmin ərazidən tədricən çıxarırlar. Bu da asan məsələ deyil, çünki Suriyanın bir sıra əraziləri İŞİD-in nəzarətindədir. Orada kimisə tapmağın özü böyük problemdir".

Bütün xəbərlər Facebook səhifəmizdə