Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş "Fitnə" sənədli filminin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdimat DQİDK və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə DQİDK sədri Mübariz Qurbanlı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, partiya üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. "Fitnə" sənədli filmində dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri işıqlandırılıb. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğu geniş şəkildə açıqlanıb. Qeyd olunub ki, "Fitnə" filminə müxtəlif qurumlarda kütləvi baxışlar keçirilir. Nümayişdən sonra çıxlş edən Ş.Hacıyev deyib ki, filmdə əks olunan hadisələr təəssüf doğurur: "Bu, ibrətamiz bir filmdir və onun məktəblərdə, telekanallarda, ictimai təşkilatlarda nümayişi vacibdir". Səbail rayon icra başçısı Eldar Əzizov bildirib ki, islamdan əvvəl də terror olub: "İslam çox humanist bir dindir. İslamı terrorla eyniləşdirmək kimlərəsə lazımdır. Dünyəvi dinlər arasında bu gün islam daha çix inkişaf edib". O radikalizmə səbəb kimi dini maarifləndirmənin lazımi qədər aparılmaması və dini savadsızlığı göstərib. Bu baxımdan belə filmlərin əhəmiyyətini vurğulayıb və mövzunun davam etdirilməsinin vacib olduğunu deyib. DQİDK-nin sədri Mübariz Qurbanlı bildirib ki, film əksər yerlərdə nümayiş etdirilir və burada dini radikalizmin mahiyyəti insanlara çatdırılır: "Bəzi terror qruplaşmalarl islaml gözdən salmaq məqsədilə yaradılıb. Hazırda 60 milyon insan öz yaşadığı məkanı tərk edub. Biz maarifləndirmə yolu ilə dinimizi olduğu kimi çatdırmalıyıq. Dini maarifləndirmə aparmasaq, gənclərimiz belə qaragüruhçuların təsiri altına düşəcək. İslam cəhalətə qarşı yaranmış dindir. Biz radikak qrupların ölkəmizə gəlməsinə imkan verməməliyik. İmkan verməmək ümün isə heç nəyə laqeyd qalmamalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB