Nyu Yorka getmək istəyən CNN müxbiri Anjela Roj "Detroit" Hava Limanında Təhlükəsizlik Xidmətinin əməkdaşı tərəfindən yoxlanılıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, təhlükəsizlik baxımından müxbirin üzərində əllə axtarış aparan Xidmətin qadın əməkdaşı onun bütün bədənini yoxlayıb.
Belə ki, media nümayəndəsi "X Ray" cihazında yoxlanışdan keçən zaman mühafizəçi qadın onun cinsi orqanını da yoxlayıb. Müxbirin iç geyiminə qədər axtarış edilən zaman o, göz yaşlarına hakim ola bilməyib.
Belə davranışa görə təhqir olunduğunu düşünən media mənsubu Təhlükəsizlik Xidmətinin əməkdaşını məhkəməyə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB