120 min ABŞ dolları aşkar olunaraq götürülüb

120 min ABŞ dolları aşkar olunaraq götürülüb

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. SİA-nın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbərinə görə, şəxsi yoxlama nəticəsində, həmin şəxslərdən iki nəfərinin ayaqqabılarında, bir nəfərinin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş halda cəmi 120.000 ABŞ dolları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə