Vladimir Putinin mətbuat konfransının vaxtı dəyişdirilib

Vladimir Putinin mətbuat konfransının vaxtı dəyişdirilib

Rusiya Prezidenti Vladimir Putinin dekabrın 22-nə nəzərdə tutulan böyük mətbuat konfransının vaxtı dəyişdirilərək cümə gününə keçirilib. Rusiyanın NTV telekanalı xəbər verir ki, mətbuat konfransının vaxtının dəyişdirilməsi RF-in Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə bağlıdır. Belə ki, Prezident Vladimir Putin sabah səfirin dəfn mərasimində iştirak edəcək. Andrey Karlovun cənazəsi dünən axşam Ankaradan Moskvaya gətirilib.

Vladimir Putinin ənənəvi illik mətbuat konfransına qatılmaq üçün rekord sayda jurnalist - Rusiya və xarici KİV-lərin 1437 nümayəndəsi müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə