AMEA ilə Təhsil Nazirliyinin birgə sessiyası keçirilib YENİLƏNİB

AMEA ilə Təhsil Nazirliyinin birgə sessiyası keçirilib YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı (AMEA) və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, AMEA-nın əsas binasında keçirilən tədbirdə, qurumun prezidenti Akif Əlizadə, Təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezident vəzifəsini icra edən akademik Dilqəm Tağıyev, ali məktəblərin rektorları və digərləri iştirak edibrlər.

Tədbiri giriş sözü ilə açan A.Əlizadə bildirib ki, elm və təhsil dövlət siyasətinin mühüm prioritetlərindən biridir: "Bu, təsadüfi deyil. Ulu Öndər zamanında bildirib ki, təhsil bizim gələcəyimizdir. Ölkədə bu sahədə aparılan mühüm addımlar məhz Ulu öndərin təşəbbüsü ilə həyata keçirilib. Bu siyasət hazırda Azərbaycan prezidenti tərəfindən uğurla davam etdirilir".

Onun sözlərinə görə, elm və təhsildə uğurlarımız kifayət qədərdir: "Biz əldə etdiyimiz nailiyyətlərə əsaslanaraq, gələcəyə doğru addımlayırıq. Biz belə bir tarixi məqamda elm və təhsilin inteqrasiyası ilə bağlı müzakirə edib mühüm qərarlar üzərində çalışmalıyıq. Son illər dünyada baş verənlər göz qabağındadır. Azərbaycan alovlanan fonda sabit ölkədir. Ehtimal olunan riskləri mininuma endirmək əsas məqsədlərdən biridir. Burada bizim üzərimizə əsas vəzifələr düşür".

Daha sonra təhsil naziri Mikayıl Cabbarov çıxış edərək sessiyanın fəaliyyətinə uğurlar arzu edib.

Tədbir məruzələrlə davam edir.

AMEA prezidenti Akif Əlizadə "Elm və Təhsil: problemlər və perspektivlər" mövzusunda məruzə ilə çıxış edərək söyləyib ki, son illər elm və təhsilin inteqrasiyası sahəsində əh mühüm nailiyyət AMEA magistratura təhsilinin yaradılmasıdır. ölkəmizdə elm və təhsilin inteqrasiyası sahəsində mövcüd problemlərin həli üçün elm və təhsil ictiamiyyətindən sistemli, enerjili fəaliyyətin tələb olunduğunu deyən A. Əlizadə bu istiqamətdə vəzifələrin icrası üçün səylərin birləşdiriləcəyinə əminliyini ifadə edib.

Sessiyanın davamında təhsil naziri Mikayıl Cabbarov " Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası"mövzulu məruzə ilə çıxış edib. Nazir bildirib ki, bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifə-təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanmasının təmin olunmasıdır.

Nazir həmçinin universitetlərin nəzdində texnoparkların, startap məktəblərinin və biznes inkubatorlarının yaradılmasının başlanıldığını, bütün bunların alimlərin elmi fəaliyyətlərinin inkişafına xidmət etdiyini deyib. Çıxışının sonunda nazir təhsil müəssiələri, elmi təşkilatlar və biznes struktularının səylərini birləşdirərək ölkəmizdə elmin inkişafına töhfələrini verəcəyinə inandığını deyib.

Daha sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdən sonra elmi sessiyanın qərarı qəbul edilib. AMEA prezidenti və təhsil nazirinin məruzələrinin nəzər alınması, elm və təhsilin inteqrasiyası üzrə birgə Fəaliyyət Planı hazırlanması qərara alınıb.

Elmi sessiyada AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən Dilqəm Tağıyev, BDU-nun rektoru Abel Məhərrəmov, ADNSU-nun rektoru Y. Babanlı və digərləri çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə