FHN yaradılmasının 11-ci ildönümü münasibətilə seminar işə başlayıb

FHN yaradılmasının 11-ci ildönümü münasibətilə seminar işə başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 11-ci ildönümü münasibətilə dekabrın 20-də elmi-praktik seminar işə başlayıb.

SİA-nın məlumatına görə, seminarda FHN-in qurumlarının əməkdaşları, rusiyalı ekspertlər iştirak edirlər.

Tədbirdə çıxış edən FHN-nin baş yanğın təhlükəsizliyi eksperti, general-mayor Yusif Nəbiyev nazirliyin yaranma tarixindən, təbii fəlakətin, yanğınların qarşısının alınması, onların aradan qaldırılması istiqamətində qurumun gördüyü işlərdən danışıb.

Sonra FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov "Müasir Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində perspektiv planlar", FHN Akademiyasının həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrasının rəisi, polkovnik İlqar Dadaşov "Kadrların hazırlanmasında təkmilləşdirilmə perspektivləri", Rusiya Federasiyasının Yanğın Təhlükəsizliyi üzrə Milli Elmlər Akademiyasının Kompleks Təhlükəsizlik üzrə Ümumi Rusiya Elmlər Akademiyasının akademiki, texniki elmlər doktoru, professor, daxili xidmət general-leytenantı Yevgeni Aleksandroviç Meşalkin "Yanğın təhlükəsizliyi sahəsində texniki tənzimləmə sistemi, nəzarətin təkmilləşdirilməsi perspektivləri" mövzularında məruzə ilə çıxış ediblər.

Seminar iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə