721 min 194 yanğın hadisəsi baş verib

721 min 194 yanğın hadisəsi baş verib

Son 5 il ərzində Azərbaycanda 721 min 194 yanğın hadisəsi baş verib. SİA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) baş yanğın təhlükəsizliyi eksperti, general-mayor Yusif Nəbiyev nazirliyin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş elmi-praktik seminarda çıxışı zamanı deyib. O bildirib ki, son 5 il ərzində baş verən yanğınlardan 151-i yüksək nömrəli çağırışla söndürülüb.

Yanğınların söndürülməsi zamanı yetkinlik yaşına çatmış 611 şəxs, 113 uşaq xilas edilib, 4779 nəfər isə təxliyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə