Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin Ankarada səfir Andrey Karlova qarşı edilən sui-qəsddən sonar məsələyə münasibət bildiriblər. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hər iki dövlət başçısı hücumu təxribat olaraq xarakterizə ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan televiziyalara verdiyi açıqlamasında sui-qəsdin iki ölkəyə qarşı yönəlmiş təxribat olduğunu söyləyib: "Bu müddət ərzində ölkəm və millətim adından Rusiyanın dövlət başçısı cənab Putinin şəxsində bütün dost Rusiya xalqına başsağlığı vermək istəyirəm. Bilirik ki, bu, Türkiyə-Rusiya əlaqələrinin normallaşma prosesini xüsusilə pozmağa yönəlmiş bir provokasiyadır. Amma Rusiya və Türkiyə rəhbərliyi bu təxribata boyun əyməyəcək qədər iradə sahibidirlər".
Həmin dəqiqələrdə Rusiya lideri Vladimir Putin də açıqlama verib: "Türkiyədən kədərli bir xəbər aldım. Rusiyanın Terkiyədəki səfiri Andrey Gennadyeviç Karlov alçaq bir üsulla öldürüldü. Bir cinayət reallaşdırıldı. Bu, əlbəttə Rusiya-Türkiyə əlaqələrinin normallaşmasını pozmağa yönəlmiş bir təxribatdır. Bundan başqa Rusiya, Türkiyə, İran və Suriyalı tərəflər arasındakı qarşıdurmanın həllinə maraq duyan digər ölkələrin aktiv olaraq müdafiə etdiyi Suriyadakı sülh prosesini pozmağa yönəlmiş bir təxribatdır. Bunun tək bir cavabı ola bilər, terrora qarşı mübarizəni gücləndirmək. Hücumun arxasında kim var öyrənməliyik. Cinayətkarlar bunu hiss edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB