Millət vəkili sərgidə iştirak etdi FOTOLAR

Millət vəkili sərgidə iştirak etdi FOTOLAR

Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman idarəsi, Xəzər rayon Gənclər Evi ilə birlikdə istedadlı gənclərin aşkar edilməsi, gənclərin öz yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaq, gənclər arasında rəssamlıq sənətinin təbliğ olunması məqsədilə rayonunun həvəskar və peşəkar rəssamlarının sərgisi təşkil olunub.

SİA-ya verilən məlumata görə, tədbirdə Millət vəkili Rauf Əliyev, Xəzər rayon İcra hakimiyyəti başçısının I müavini Vaqif Həsənov, rayon İcra hakimiyyəti başçısının müavini Arif Balayev, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Əməkdar İncəsənət Xadimi Sənətşunas Ziyadxan Əliyev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəis müavini Aydın Yusifov, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Rəssamlar İttifaqının nümayəndəsi, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Millət vəkili Rauf Əliyev, Sənətşünas Ziyadxan Əliyev gənc rəssamları sərgi münasibəti ilə təbrik etmiş, onlara yaradıcılıq işlərində uğurlar diləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə