"Qanunsuz uşaq dünyaya gətirənlər üçün qaynar xətt yaradılmalıdır" AÇIQLAMA

"Qanunsuz uşaq dünyaya gətirənlər üçün qaynar xətt yaradılmalıdır" AÇIQLAMA

"Qanunsuz uşaq dünyaya gətirən analar üçün qaynar xətt və ya reklam xarakterli sosial çarxlar olmalıdır. Əks halda bu vəziyyətdə olan qadınlar hara və necə müraciət etməli olduqlarını bilmirlər". Bunu SİA-ya açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Bəzi ölkələrdə qanunsuz uşaq dünyaya gətirən analar üçün sığınacaqların olduğunu deyən M. Zeynalova bildirib ki, ölkəmizdə də belə sığınacaqların olmasına ehtiyac var: "Bundan əlavə, bir çox ölkələrdə hamilə və çətin vəziyyətdə olan qadınlar üçün sosial proqramlar həyata keçirilir. Bizdə də sosial proqramlar gücləndirilə bilər. Sosial müavinətlərin və məvaciblərin alınması qaydalarının sadələşdirilməsi də mühüm məsələdir. Bu, xüsusilə təhsil səviyyəsi aşağı olan insanlar üçün çox önəmlidir. Çünki elə insanlar var ki, onlar sosial problemləri həll etmək iqtidarında deyillər və məhz belə müavinətlərdən bəhrələnirlər".

Birlik sədri 3 yaşına qədər anaların işləmədən öz övladlarına sahib çıxması üçün onlara yüksək məbləğdə uşaq pulu ayrılmasının vacibliyini qeyd edib: "Təbii ki bu bütün əhaliyə deyil, yalnız aztəminatlı və çətin vəziyyətdə, ərsiz eləcə də qanunsuz uşaq dünyaya gətirən qadınlara şamil edilə bilər. Bilirsiniz ki, sovet dönəmində tək analar üçün sosial proqramlar var idi. Bu gün də həmin proqramların həyata keçirilməsinə ehtiyac var. Bu, eyni zamanda qanunsuz və ya çətin vəziyyətdə doğulan körpələrin müdafiəsi, onların təhlükəsizliyi və normal inkişafı üçün mühüm əhəmiyyət kəsb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə