Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı törədilən terror aktı nəticəsində öldürülməsi ilə bağlı başsağlığı verib:
Hörmətli Vladimir Vladimiroviç,
Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı.
Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB