Xəbər verdiyimiz kimi Türkiyənin paytaxtı Ankarada Rusiyanın bu ölkədəki sədiri Andrey Karova qarşı sui-qəsd edilib. Nəticədə səfir aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
SİA hadisəni törədən şəxs haqqında məlumat əldə edib. Türkiyə mənbələrinin verdiyi məlumata görə, səfiri qətlə yetirən şəxs keçmiş polis işçisi olub. Mevlüd Mert Altıntaş adlı bu şəxs 15 iyul hadisələrində dövlət çevrilişinə cəhddə ittiham olunaraq polis orqanlarından xaric edilib.
Habertürkün verdiyi məlumata görə, 22 yaşlı Altıntaş terrorçu FETO təşkilatının üzvüdür. O hadisəni törətdikdən sonra təhlükəsizlik xidməti əməkdaşlarının açdığı atəşlə öldürülüb. Onun cibindən polis vəsiqəsi çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB